525.Az

Xarici diplomatlar Ağdam şəhərinin Baş Planı ilə tanış olublar - Yenilənib


 

Xarici diplomatlar Ağdam şəhərinin Baş Planı ilə tanış olublar - <b style="color:red"> Yenilənib </b>

Azərbaycanda akkreditasiya olunmuş səfirlər, hərbi ateşelər, diplomatlar, Azərbaycana qeyri-rezident əsasda akkreditasiya olunmuş diplomatlar Ağdam şəhərinin Baş Planı ilə tanış olublar.

525.az APA-ya istinadən xəbər verir ki, “Azərbaycan İnkişaf Şirkəti”nin memarı Anar Yusifli Ağdam şəhərinin Baş Planı barədə ətraflı məlumat verib.

 

***

Azərbaycanda akkreditasiya olunmuş səfirlər, hərbi ateşelər, diplomatlar, Azərbaycana qeyri-rezident əsasda akkreditasiya olunmuş diplomatlar Ağdam rayonu Qiyaslı kənd məscidinə baş çəkiblər.

525.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və məşhur fotoqraf Reza Deqqəti diplomatlara ermənilərin burada törətdiyi vandallıq əməlləri barədə məlumat veriblər.

***

Ağdamda səfərdə olan Azərbaycanda akkreditasiya olunmuş səfirlər, hərbi ateşelər, diplomatlar, Azərbaycana qeyri-rezident əsasda akkreditasiya olunmuş diplomatlar Şahbulaq qalasında olublar. Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov diplomatlara Şahbulaq qalasının tarixi və erməni vandalizmi barədə məlumat verib.

***

Azərbaycanda akkreditasiya olunmuş səfirlər, hərbi ateşelər, diplomatlar, Azərbaycana qeyri-rezident əsasda akkreditasiya olunmuş diplomatlar Ağdam şəhərinə səfər ediblər.Diplomatlar Ermənistanın işğalı altında olduğu dövrdə Ağdam şəhərinin tamamilə dağıdıldığının şahidi olublar.

Onlara Ağdam Dram Teatrının qalıqları da nümayiş etdirilib. Diplomatlara Ağdam şəhərinin işğaldan öncəki vəziyyəti barədə də məlumat verilib. Eyni zamanda diplomatlar Ağdam şəhərinin Baş Plan əsasında yenidən qurulacağı barədə məlumatlandırılıblar.

***

Azərbaycanda akkreditasiya olunmuş səfirlər, hərbi ateşelər, diplomatlar, Azərbaycana qeyri-rezident əsasda akkreditasiya olunmuş diplomatlar Ağdamda Cümə məscidini ziyarət ediblər. Diplomatlara ermənilərin işğal dövründə məsciddə törətdikləri vandallıq barədə məlumat verilib.

***

Azərbaycanda akkreditasiya olunmuş səfirlər, hərbi ateşelər, diplomatlar, Azərbaycana qeyri-rezident əsasda akkreditasiya olunmuş diplomatlar Ağdamda Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi “İmarət” kompleksində olublar. Dplomatlar kompleksin ərazisini gəzib, ermənilərin işğal müddətində burada törətdiyi dağıntıları gözləri ilə görüblər.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və məşhur fotoqraf Reza Deqqəti diplomatlara ermənilərin işğal zamanı Pənahəli xanın, İbrahim xanın, Mehdiqulu xanın türbələrini, Xan qızı Xurşidbanu Natəvanın məzarını dağıtdıqları barədə məlumat verib.

***

Azərbaycanda akkreditasiya olunmuş səfirlər, hərbi ateşelər, diplomatlar, Azərbaycana qeyri-rezident əsasda akkreditasiya olunmuş diplomatların Ağdama səfəri başlayıb.

525.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatları işğal dövründə Ermənilərin Ağdamda törətdikləri dağıntılar və hazırda Ağdamda aparılan quruculuq işləri ilə tanış edəcək.

 





13.06.2021    çap et  çap et