525.Az

Ağdamda Xocalıda soyqırımdan qaçanların ailə üzvlərini gördüm


 

Ağdamda Xocalıda soyqırımdan qaçanların ailə üzvlərini gördüm<b style="color:red"></b>

O vaxt işğal altında olan Ağdam şəhərinə gələndə Xocalı qətliamından qaçan insanların ailə üzvlərini gördüm.

525.az Trend-ə istinadən xəbər verir ki, bunu məşhur fotoqraf Reza Deqati xarici diplomatik korpus nümayəndələrinin Azərbaycanın Ağdam bölgəsinə səfəri zamanı deiyb. O qeyd edib ki, ilk dəfə Ağdama 1992-ci ildə, Xocalı qətliamını eşitdikdən dərhal sonra gəlib:

"Ağdam şəhərində buraya gələndə Xocalıdan qaçmış insanların ailə üzvlərini tapdım və hamısı buraya qohumlarının cəsədlərini axtarmağa gəldilər. Onlar buraya Beynəlxalq Qırmızı Xaç tərəfindən gətiriliblər. Beləliklə, bu fotoşəkillərin hamısı insanların ailə üzvlərinin cəsədlərini axtardığı bu vaxtda çəkilib".

Deqati əlavə edib ki, Xocalıqətliamının nəticələrini lentə alandan sonra 30 ilə yaxındır erməni silahlı qüvvələri tərəfindən də işğal edilmiş Füzuli, Cəbrayıl və Şuşada fotoşəkil çəkdirməyə davam edib.

 

 





13.06.2021    çap et  çap et