525.Az

UEFA Rusiyanın şikayətini əsassız saydı - Foto


 

UEFA Rusiyanın şikayətini əsassız saydı - <b style="color:red"> Foto </b> Rusiya Ukraynanı Avropa Futbol Çempionatına (EURO 2020) hazırladığı forma səbəbilə UEFA-ya şikayət edib.

525.az xəbər verir ki, göndərilən məktubda forma üzərində "siyasi mesajlar" verildiyi və bunun UEFA-nın əsas prinsiplərinə zidd olduğu bildirilib. Şikayətin məzmunu ondan ibarət olub ki, formada Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krımı və rusiyapərəst separatçıların nəzarəti altında olan Donetsk və Luqansk bölgələrini Ukraynanın tərkib hissəsi kimi göstərən bir xəritə var. Eyni zamanda formanın üstündə Ukraynada 2014-cü ildə rusiyapərəst Prezident Viktor Yanukoviçin devrilməsi ilə nəticələnən nümayişlərdə istifadə olunan "Ukraynaya Zəfər!" şüarı yazılıb.

 

UEFA-nın verdiyi açıqlama formanın müvafiq avadanlıq qaydalarına uyğun olduğu üçün təsdiq olunduğu və şikayətin əsassız olduğu bildirilib.

El Roman

 





13.06.2021    çap et  çap et