525.Az

Salvador "bitcoin"i rəsmi pul vahidi elan etdi


 

Salvador "bitcoin"i rəsmi pul vahidi elan etdi<b style="color:red"></b>

Salvador dünyanın aparıcı kriptovalyutası olan "bitcoin"i rəsmi pul vahidi elan edən ilk ölkə oldu.

525.az xəbər verir ki, ölkə prezidenti Nacib Bukelenin təklifi ilə hazırlanan və Konqres tərəfindən təsdiqlənən qanun 90 gün ərzində qüvvəyə minəcək. Yeni qanunla "bitcoin" ABŞ dolları kimi Salvadorda da rəsmi valyuta halına gələcək. Yalnız kifayət qədər texnoloji infrastrukturu olmayan şirkətlər tətbiqetmədən azad ediləcəklər.

Prezident Nacib Bukele, hökumətin tarix yazdığını və xaricdə yaşayan Salvador vətəndaşlarının ölkələrinə daha asanlıqla pul göndərə biləcəyini söyləyib.

Bukele daha əvvəl Salvadorda əhalinin 70%-nin bank hesabı olmadığını və "bitcoin"in rəsmi valyuta elan edilməsi ilə bu seqmentin də maliyyə sisteminə çıxacağını söyləyib.

El Roman

 





13.06.2021    çap et  çap et