525.Az

“Ermənilər Ağdamda soyğunçuluq ediblər”


 

“Ermənilər Ağdamda soyğunçuluq ediblər”<b style="color:red"></b>

“Ağdamda erməni vəhşiliyi açıq-aşkar görünür”.

525.az-ın məlumatına görə, bunu bu gün Ağdamda səfərdə olan Liviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Əşrəf Adəm bildirib.

Əşrəf Adəm deyib ki, ermənilər işğal etdikləri bu ərazilərdə heç bir tikinti, abadlıq işləri aparmayıblar: “Ermənilər Ağdamda soyğunçuluq edib, hər şeyi talayıb aparıblar. Bu da ermənilərin bura soyğunçuluq üçün gəldiklərini açıq-aydın göstərir”.

 





13.06.2021    çap et  çap et