525.Az

"G7 Zirvə liderlərinə sənətçilərdən diqqətçəkən ismarış"


 

"G7 Zirvə liderlərinə sənətçilərdən diqqətçəkən ismarış"<b style="color:red"></b>

İngiltərənin ev sahibliyi etdiyi G7 Zirvə görüşünün baş tutmasından bir qədər əvvəl sənətçilər dünya liderlərinə qarşı öz reaksiyalarını göstəriblər.

525.az  xəbər verir ki, sammitin baş tutacağı otelin qarşısında elektron tullantılardan dünya liderlərinin heykəli düzəldilib. Köhnə mobil telefonları, kompüterlər və hətta tozsoran hissələrindən hazırlanmış heykəllər Amerikanın məşhur “Rushmore Dağı” abidəsinə bənzəyib.

Sənətçilər Co Raş və Aleks Rekic heykəli G7 Sammitinin keçiriləcəyi otelin qarşısında ucaldıblar. Heykəl, hər il artan qlobal elektron tullantı probleminə diqqət çəkmək üçün hazırlanıb.

El Roman

 





13.06.2021    çap et  çap et