525.Az

Abbasilər dövrünə aid min illik toyuq yumurtası tapıldı


 

Abbasilər dövrünə aid min illik toyuq yumurtası tapıldı<b style="color:red"></b>

İsraildə Bizans dövründən qədim sənaye zonasını araşdıran arxeoloqlar, Abbasilər dövrünə aid min illik toyuq yumurtası tapıblar. Salamat tapılan yumurta tədqiqat üçün aparıldığı laboratoriyada qırılıb.

525.az xəbər verir ki, toyuq yumurtası İsrailin Yavneh şəhərində aparılan qazıntı işləri zamanı aşkar edilib.Antik şəhərin sənaye bölgəsində işləyən arxeoloqlar, septik çəndə qırılmamış qalan yumurtanı qırmadan çıxartmağı bacarıblar. Onlar, yumurtanın əsrlər boyu çatlamadan və çürümədən qorunub saxlanmasına təəccübləndiklərini qeyd ediblər. Səlahiyyətli orqanlara görə yumurta septik çənə qoyulmuş və havasız vəziyyətdə saxlayan tullantılarla örtülmüşdür. Ancaq əsrlər boyu qırılmayan yumurta analiz üçün laboratoriyaya aparıldıqdan sonra qırılıb.

Mütəxəssislərin fikrincə, yumurta qırılsa da, sarısının bir hissəsi qaldığı üçün yenə də DNT araşdırması üçün şans var.

El Roman

 





13.06.2021    çap et  çap et