525.Az

TQDK abituriyentlərə müraciət edib


 

TQDK abituriyentlərə müraciət edib<b style="color:red"></b> Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aprelin 6-da sınaq imtahanında iştirak edəcək abituriyentlərə müraciət edib.
 
TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, aprelin 6-da respublikanın 22 şəhər və rayonunda olmaqla, 62 imtahan mərkəzində təşkil olunacaq sınaq imtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək. Bu iki sənəddən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda, eləcə də başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə yazılmış abituriyentlər imtahan binasına buraxılmayacaqlar.
 





04.04.2014    çap et  çap et