525.Az

TƏBİB-dən maraqlı addım


 

TƏBİB-dən maraqlı addım <b style="color:red"></b> TƏBİB bir neçə müddət əvvəl müxtəlif sosial şəbəkə hesablarında paylaşılan videosu ilə marağa səbəb olan Tərtər rayon Təcili Tibbi Yardımın feldşeri Sevda Qaçayevanı sevindirib.

525.az xəbər verir ki, Videobloger Bayram Hacıyevin çəkdiyi görüntülərdə Sevda Qaçayeva öz səmimiyyəti ilə sosial şəbəkə istifadəçilərinin rəğbətini qazanıb.

Videobloger TƏBİB rəhbəri Ramin Bayramlıdan feldşer xanımın təltif olunmasını xahiş edib. Sosial şəbəkə istifadəçiləri də bu xoşniyyətli çağırışa qatılıb. (https://www.youtube.com/watch?v=P4ROXQzpLLk)

TƏBİB rəhbərliyi müraciətləri cavabsız qoymayıb. Sevda Qaçayevanın tibb sahəsindəki gərgin zəhməti və əməyi nəzərə alınaraq ona “Fəxri Fərman” verilib.

 





14.06.2021    çap et  çap et