525.Az

Sərhəddə yük maşınlarının növbəsi aradan qalxıb


 

Sərhəddə yük maşınlarının növbəsi aradan qalxıb<b style="color:red"></b> Azərbaycan-Rusiya sərhəddində yük maşınlarının növbəsi aradan qalxıb.

Samur Gömrük Postundan 525.az-a verilən məlumata görə, növbələrlə bağlı artıq vəziyyət stabilləşib və sıxlıq aradan qaldırılıb.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan-Rusiya sərhəddində yük maşınlarının uzun növbəsi yaranmışdı. Tranzit və mövsümlə əlaqədar Azərbaycandan Rusiyaya yük daşıyan nəqliyyat vasitələrinin sayının artması ilə bağlı 1500-dən çox yük maşını qonşu ölkəyə keçmək üçün növbə gözləyirdi. Rusiya tərəfi ilə əldə olunan razılaşmaya görə, qonşu ölkəyə buraxıla yük maşınlarının sayı artırılmışdı.

 





14.06.2021    çap et  çap et