525.Az

Nazir məzun gününü Goranboyda qarşıladı


 

Nazir məzun gününü Goranboyda qarşıladı<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, bu gün ölkədə "Son zəng" keçirilir. 

525.az xəbər verir ki, Təhsil Naziri Emin Əmrullayev "Son zəng" günü Goranboyda olub və bununla bağlı "Facebook" hesabında paylaşım edib.

 

Paylaşımda deyilir:  

“Bu gün “Son zəng”-i Goranboy rayonu Tapqaraqoyunlu kənd tam orta məktəbində qarşılayırıq. 1993-cü ildən Azərbaycanın Milli Qəhrəmanı, məktəbin məzunu, şəhid Niyazi Aslanovun adını daşıyan məktəb hər iki Qarabağ müharibəsi zamanı daim atəşə məruz qalıb. Neçə-neçə uğurlu vətəndaşlar yetişdirən məktəbdən bu gün 21 şagirdimiz məzun olur, “Son zəng”i Qələbə sevinci ilə yola salırlar”.

 





14.06.2021    çap et  çap et