525.Az

Qurban Qurbanov Türkiyə millisini ziyarət etdi


 

Qurban Qurbanov Türkiyə millisini ziyarət etdi<b style="color:red"></b>

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Türkiyə millisinin təlim-məşq toplanışını ziyarət edib.

Qol.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının saytı məlumat yayıb. Bildirilib ki, yığmanın baş məşqçisi Şenol Günəşlə görüşən Q.Qurbanov azərbaycanlı azarkeşlərin Avro-2020-də Türkiyəni dəstəklədiyini bildirib. O, yığmaya turnirdə uğurlar arzulayıb.

Ş.Günəş isə Q.Qurbanova millinin imzalı formasını verib.

Qeyd edək ki, Avro-2020-nin açılış matçında Romada İtaliyaya 0:3 hesabı ilə uduzan Türkiyə yığması iyunun 16-da Bakı Olimpiya Stadionunda Uelslə, 4 gün sonra isə İsveçrə ilə qarşılaşacaq.

 





14.06.2021    çap et  çap et