525.Az

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni siyahısı


 

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni siyahısı<b style="color:red"></b>

Azərbaycan Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni siyahısını açıqlayıb.

525.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından iyunun 14-dək dəfn edilən 2904 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 10 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur.

Məlumata görə, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Siyahı ilə buradan tanış ola bilərsiniz.

 





14.06.2021    çap et  çap et