525.Az

15 və 20 iyun ictimai nəqliyyat işləyəcək


 

15 və 20 iyun ictimai nəqliyyat işləyəcək<b style="color:red"></b>

15 İyun Milli Qurtuluş günü qeyri-iş günü və 20 iyun bazar günü olmasına baxmayaraq, Bakı şəhəri üzrə müntəzəm marşrut xətləri üzrə sərnişindaşımaları adi rejimdə yerinə yetiriləcək.

Bu barədə 525.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək isə müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

 

 





14.06.2021    çap et  çap et