525.Az

Balinanın udduğu dalğıc sağ qaldı — Foto


 

Balinanın udduğu dalğıc sağ qaldı — <b style="color:red">Foto </b>

ABŞ-ın Massaçusets ştatında xərçəng ovçusu Maykl Pakard,  ov edərkən balinanın ağzına düşdüyünü və 30-40 saniyə orada qaldığını söyləyib.

525.az xəbər verir ki, hadisə nəticəsində Pakard dizindən zədə alıb və qısa müddətdə müalicə üçün xəstəxanaya aparılıb. 56 yaşlı Pakard, xəstəxanadan çıxarkən yaşadıqlarını jurnalistlərə izah edərək, dalğıc kostyumlarını geyindikdən və qayıqdan atıldıqdan sonra böyük bir sarsıntı hiss etdiyini və hər şeyin qaraldığını söyləyib. O, əvvəlcə ərazidə gəzdiyi bilinən bir ağ balinanın hücumuna məruz qaldığını düşündüyünü, ancaq ətrafa baxanda heç bir diş görmədiyini deyib. Elə o zaman bir balınanın ağzında olduğunu və balinanın onu udmağa çalışdığını anlayıb.

 

Dalğıc hər şeyin bitdiyini və öləcəyini düşünüb. Lakin qısa zaman sonra balina onu tüpürüb və Pakard yenidən su üzünə çıxıb. O, hələ  də yaşadıqlarına inana bilmədiyini söyləyib.

El Roman
 

 





14.06.2021    çap et  çap et