525.Az

Co Baydendən Kraliça Elizabet haqqında maraqlı açıqlama


 

Co Baydendən Kraliça Elizabet haqqında maraqlı açıqlama<b style="color:red"></b>

Dünyanın diqqətinin Böyük Britaniyanın ev sahibliyi etdiyi G7 Zirvə görüşünə toplandığı bir zamanda ABŞ liderinin açıqlaması maraqla qarşılanıb.

Belə ki, Zirvə görüşü üçün İngiltərədə olan ABŞ Prezidenti Co Bayden, İngiltərə Kraliçası II Elizabet ilə Vindzor qalasında görüşdükdən sonra yaddaqalan açıqlamalar verib. Bayden, kraliçaya ona anasını xatırlatdığını deyib.

"Kraliça Elizabetin görünüşü və səxavəti mənə anamı xatırladır",- deyə Bayden görüşdən sonra söyləyib. Qeyd edək ki, ABŞ lideri görüşdən sonra 95 yaşlı kraliçanı Ağ Evə dəvət edib.

El Roman

 





14.06.2021    çap et  çap et