525.Az

Jurnalistlərin ölümünə həsr edilən süjetlər Braziliya televiziyasında yayımlandı


 

Jurnalistlərin ölümünə həsr edilən süjetlər Braziliya televiziyasında yayımlandı  <b style="color:red"></b>

12 iyun Braziliyanın yerli “Rede TV” kanalının “O MundoinFoco” proqramında on gün öncə azərbaycanlı jurnalistlərin və dövlət məmurunun Kəlbəcər rayonu ərazisində peşə xidmətlərini yerinə yetirərkən mina partlayışı nəticəsində dünyalarını dəyişməsi ilə əlaqədar Səfirliyin təşkil etdiyi mətbuat konfransına həsr edilmiş süjetlər yatımlanıb.

525.az xəbər verir ki, proqram çərçivəsində səfir Elxan Poluxov dünya və Braziliya ictimaiyyətinə müraciət edərək, mülki insanların Azərbaycanın azad olunan ərazilərində erməni minalarının partlaması nəticəsində həlak olmalarını kədərlə qeyd etmiş və buna qəti etirazın bildirilməsinə dair çağırış edib. Həmçinin, jurnalist FabianaCeyhan səfirlik tərəfindən təşkil olunan press-konfransın mahiyyəti haqqında danışaraq, həyatlarını qurban edən Azərbaycanlı həmkarlarının ailələrinə baş sağlıqlı verib və yerindən, millətindən asılı olmayaraq dünyada bütün jurnalistlərə peşə fəaliyyətlərinin yerinə yetirilməsidnə şəraitin yaradılmasını tələb edib.

 

Sonra Braziliyanın tanımış jurnalisti Mali Silva və otuz ildən artıq jurnalist fəaliyyəti ilə məşğul olan Belarus Respublikasının Braziliyadakı Fəxri konsulu c-b MiltonAtanazio baş vermiş faciə ilə bağlı fikirlərini bildirmiş, həmkarlarının müdafiəsinə qaldırılan səslərə qoşulmuş, jurnalistlərin öldürülməsini faciə kimi qiymətləndirərək, regionda sülhün bərqərar olunması və insanların sülh şəraitində yaşamasının təmin edilməsinə dair çağırışlar etmişlər.        
Proqram bazar günü, 13 iyun tarixində bir daha təkrarlanıb.

Proqramın tam mətni ilə verilən keçidlə tanış olmaq olar:   

 





14.06.2021    çap et  çap et