525.Az

Türkiyədə məhkəmə “YouTube”un açılmasına qərar verib


 

Türkiyədə məhkəmə “YouTube”un açılmasına qərar verib<b style="color:red"></b>

Türkiyədə “Twitter”dən sonra “YouTube” da məhkəmə qərarı ilə açılacaq.

APA-nın xəbərinə görə, Ankaranın Gölbaşı rayon məhkəməsi “YouTube”a girişin qadağan olunması barədə qərarı ləğv edib. Qərar TİB (Telekommünikasyon İletişim Başkanlığı) adlanan dövlət  telekommunikasiya qurumu tərəfindən icra olunduqdan sonra vətəndaşlar yenidən sərbəst şəkildə “YouTube”a daxil ola biləcəklər.    
 
Qeyd edək ki, Türkiyə Konstitusiya Məhkəməsi aprelin 3-də vətəndaşların fərdi müraciətləri əsasında “Twitter”ə girişin qadağan olunması barədə qərarı ləğv edib.

 





04.04.2014    çap et  çap et