525.Az

Prezident Əhmədbəyli-Füzuli-Şuşa və Zəfər yolunda görülən işlərlə tanış olub


 

Prezident Əhmədbəyli-Füzuli-Şuşa və Zəfər yolunda görülən işlərlə tanış olub<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 14-də Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Zəfər yolunda görülən işlərlə tanış olub.

525.az xəbər verir ki, dövlətimizin başçısına avtomobil yollarında tikinti işlərinin gedişi barədə məlumat verilib.


Bildirildi ki, 4 və 6 hərəkət zolaqlarından ibarət Əhmədbəyli-Füzuli-Şuşa yolunun uzunluğu 81 kilometr, Zəfər yolunun uzunluğu isə 101 kilometr olacaq. Hər iki yol boyunca tunellər, körpülər inşa ediləcək, bütün zəruri infrastruktur yaradılacaq.

 





14.06.2021    çap et  çap et