Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Bayden arasında görüş başa çatıb.
525.az-ın xəbərinə görə, Brüsseldə NATO sammiti çərçivəsində baş tutan görüş 45 dəqiqə çəkib.
Qeyd edək ki, bu, ABŞ-ın prezidenti olduqdan sonra Co Baydenin türkiyəli həmkarı ilə ilk təkbətək görüşüdür.
Mətbuata qapalı olan təkbətək görüşün ardından heyətlərarası görüş başlayıb.
***
Saat 20:06
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Bayden arasında görüş başlayıb.
525.az-ın xəbərinə görə, Türkiyə və Britaniya liderlərinin görüşü Brüsseldə NATO sammiti çərçivəsində baş tutub.
Qeyd edək ki, iki lider arasında görüş Türkiyə vaxtı ilə saat 18.00-a təyin edilsə də, sonradan 1 saat geri çəkilib.
Görüşdən sonra R.T.Ərdoğan mətbuat konfransı keçirəcək.