525.Az

Ərdoğanla Bayden arasında görüş başa çatıb - Yenilənib


 

Ərdoğanla Bayden arasında görüş başa çatıb - <b style="color:red">Yenilənib</b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Bayden arasında görüş başa çatıb.

525.az-ın xəbərinə görə, Brüsseldə NATO sammiti çərçivəsində baş tutan görüş 45 dəqiqə çəkib.


Qeyd edək ki, bu, ABŞ-ın prezidenti olduqdan sonra Co Baydenin türkiyəli həmkarı ilə ilk təkbətək görüşüdür.

Mətbuata qapalı olan təkbətək görüşün ardından heyətlərarası görüş başlayıb.

***

Saat 20:06

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Bayden arasında görüş başlayıb.

525.az-ın xəbərinə görə, Türkiyə və Britaniya liderlərinin görüşü Brüsseldə NATO sammiti çərçivəsində baş tutub.

Qeyd edək ki, iki lider arasında görüş Türkiyə vaxtı ilə saat 18.00-a təyin edilsə də, sonradan 1 saat geri çəkilib.

Görüşdən sonra R.T.Ərdoğan mətbuat konfransı keçirəcək.

 





14.06.2021    çap et  çap et