525.Az

NATO Baş katibindən Türkiyəyə minnətdarlıq


 

NATO Baş katibindən Türkiyəyə minnətdarlıq<b style="color:red"></b>

“Türkiyə üçün təhlükəsizlik tədbirlərinə dəstəyimiz artıb”.

525.az-ın xəbərinə görə, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə keçirilən NATO sammitindən sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.


Y.Stoltenberq bunun tam olaraq tətbiq olunması üçün NATO-Türkiyə əlaqələrinin davam etdiyini vurğulayıb: “Suriyadan Türkiyəni vura və ya təhdid edə biləcək raket atışlarına qarşı ayıq-sayıq olmağa davam edirik. Müttəfiqimiz olan Türkiyəyə milyonlarla suriyalıya ev sahibliyi etdiyinə görə təkrar minnətdarlığımızı bildiririk”.

 





14.06.2021    çap et  çap et