525.Az

Türkiyədə son sutkada koronavirusdan 74 nəfər ölüb


 

Türkiyədə son sutkada koronavirusdan 74 nəfər ölüb<b style="color:red"></b>

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 74 nəfər həyatını itirib.

525.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.


Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əs asən, COVID-19 infeksiyası ilə əlaqədar 219 290 nəfər test edilib, onlardan 5626-nın koronavirus testi pozitiv nəticə verib, 4585 nəfər sağalıb. Koronaviruslu ağır xəstələrin sayı 929 nəfər olub.

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 48 795 nəfər ölüb.

Türkiyədə indiyədək 5 336 073 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 206 836 nəfəri müalicə olunaraq evə buraxılıb.

 





14.06.2021    çap et  çap et