525.Az

Mehriban Əliyevadan bayram təbriki - Foto


 

Mehriban Əliyevadan bayram təbriki - <b style="color:red"> Foto</b>

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təbrik edib.

525.az xəbər verir ki, M.Əliyevanın instaqram paylaşımında deyilir:

“Əziz həmvətənlər!

Sizi Milli Qurtuluş Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram! Arzu edirəm ki, Azərbaycanın uğurlu inkişafı davamlı olsun, ölkəmizdə həmişə sülh, əmin-amanlıq, sabitlik, birlik və rifah hökm sürsün! Uca Tanrı mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin!”

 

 





15.06.2021    çap et  çap et