525.Az

Ərdoğanın Şuşaya səfər proqramı


 

Ərdoğanın Şuşaya səfər proqramı <b style="color:red"></b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfər proqramı açıqlanıb.

525.az-ın APA-ya istinadən xəbərinə görə, rəsmi səfərlə Azərbaycana gələn Türkiyə Prezidenti R. T. Ərdoğan 28 il sonra Ermənistanın işğalından azad edilmiş Şuşada bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən rəsmi mərasimlə qarşılanacaq.

Azərbaycan Prezidenti ilə təkbətək görüşdən sonra sənədlərin imzalanma mərasimi olacaq. İmzalanma mərasiminin ardınca dövlət başçıları birgə mətbuat konfransı keçirəcək.

R. T. Ərdoğan daha sonra Şuşa şəhərini gəzməyə çıxacaq.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Nümayəndə heyətinə həmçinin Türkiyə müdafiə naziri Hulusi Akar, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun, Türkiyə Prezidentinin sözcüsü İbrahim Kalın, Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çəlik, Ədalət və İnkişaf Partiyasının millət vəkili və NATO-da Türk Qrupu rəhbəri Osman Aşkın daxildir.


 

 





15.06.2021    çap et  çap et