525.Az

“Milli mədəniyyətimizin inkişafında Heydər Əliyevin rolu”


 

15 İYUN QURTULUŞ GÜNÜ MÜNASİBƏTİLƏ İSMAYILLIDA ONLAYN KONFRANS VƏ MƏDƏNİ TƏDBİRLƏR TƏŞKİL EDİLİB

“Milli mədəniyyətimizin inkişafında Heydər Əliyevin rolu”<b style="color:red"></b>

İsmayıllı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, rayon Təhsil Şöbəsinin, həmçinin Gənclər və İdman İdarəsinin dəstəyi ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan “Milli mədəniyyətimizin inkişafında Heydər Əliyevin rolu” mövzulu onlayn konfrans keçirilib.

525.az xəbər verir ki, onlayn konfransda Qəbələ, Şamaxı və İsmayıllı rayon Heydər Əliyev mərkəzlərinin direktorları da iştirak ediblər.

Regional Mədəniyyət İdarəsindən verilən məlumata görə, onlayn konfransın açılışında ulu öndər Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətdə olduğu dövrü əhatə edən film nümayiş olunub.

İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov çıxış edərək bildirib ki, müstəqilliyimizin ilk illərində ölkəmiz ağır günlər keçirib, ölkə vətəndaş müharibəsi ilə üz-üzə qalıb. Belə bir çətin şəraitdə, xalqın təkidi ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev öz xilaskarlıq missiyasını yerinə yetirərək ölkədə ictimai-siyasi sabitliyi bərpa edib, siyasi böhranın aradan qaldırılmasına nail olub. Məhz Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra xalqımızın müstəqillik tarixində yeni bir dövr başlanıb. Ulu Öndərin hakimiyyətdə olduğu dövrlərdə bütün sahələr kimi, mədəniyyət sahəsi də həmişə diqqət mərkəzində saxlanılıb.

 

Onlayn konfransda Qəbələ rayon Heydər Əliyev Mərkəzinin direktoru Kəmalə Qasımova, Şamaxı rayon Heydər Əliyev Mərkəzinin direktor Könül Eyvazova, İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin direktoru Mayıl Fərəcov və başqaları çıxışlarında ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının xalqımızın tarixində dönüş nöqtəsi olduğunu bildiriblər. Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi, iqtisadi, hərbi və mədəni sahələrdə apardığı uğurlu daxili və xarici siyasətdən bəhs edən natiqlər qeyd ediblər ki, 44 günlük Vətən müharibəsində Azərbaycan tarixi qələbə qazanaraq işıqlı gələcəyə doğru inamla irəliləyir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan ərazilərdə yenidənqurma və bərpa işləri aparılır.

 

Onlayn konfransdan sonra İsmayıllı şəhərinin mərkəzindəki Heydər Əliyev adına parkda Milli Qurtuluş Günü münasibəti ilə təşkil edilən sərgiyə baxış olub, parkda rəngarəng proqramla konsert verilib, “Xəmsə” intellektual oyunu keçirilib. Oyunda “Diyallı”, “Dəmir yumruq”, “Təfəkkür”, “Error” komandaları iştirak ediblər. “Diyallı” 1-ci, “Dəmir yumruq” 2-ci, “Təfəkkür” 3-cü yerlərə layiq görülüb və kuboklara sahib olublar. Digər komandalara fəxri fərmanlar verilib.

Nurtən Əkbərli

 





15.06.2021    çap et  çap et