525.Az

Hansı halda COVID pasportunun əvəzinə arayış verilə bilər?


 

Hansı halda COVID pasportunun əvəzinə arayış verilə bilər?<b style="color:red"></b>

“Bu gün Azərbaycanda tətbiq olunan Çinin “Sinovac” vaksininin əks göstərişləri, demək olar ki, yoxdur”.

525.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, əgər belə bir hal olsa və həmin vətəndaşlar öz həkimlərinə müraciət edərək bunu sübut edərlərsə, onlara vaksinasiya pasportunun əvəzinə əlavə bir arayışın verilməsi mümkün ola bilər.

“Açıq hava şəraitində toyların keçirilməsi müzakirə olunur”.

Ş. Mövsümov bildirib ki, hazırda COVİD-19 infeksiyası ilə bağlı Azərbaycanda vəziyyət stabildir:

“Ölkədə vəziyyət daha da yaxşılaşmaya doğru gedir. Bununla belə, ölkəmizdən fərqli olaraq, dünyada COVİD-19-la bağlı vəziyyət ürəkaçan deyil. Bəzi ölkələrdə pandemiyanın ikinci, üçüncü dalğası başlayıb. Buna görə də müzakirələrə ümumi vəziyyət nəzərə alınaraq aparılır”.

Prezidentin köməkçisi qeyd edib ki, açıq hava şəraitində müəyyən sayda insanın iştirakı ilə toy mərasimlərinin keçirilməsi ehtimalı var:

“Bununla bağlı da müzakirələr davam etdirilir”.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Azərbaycanın quru sərhədlərinin açılması ilə bağlı məsələyə aydınlıq gətirib.

Hazırda digər məsələlərdən fərqli olaraq quru sərhədlərin açılması ilə bağlı məsələ müzakirə olunmur.

 





15.06.2021    çap et  çap et