525.Az

Daha 68 nəfərdə koronavirus aşkarlandı: 177 sağalan, 3 ölən var


 

Daha 68 nəfərdə koronavirus aşkarlandı: <b style="color:red">177 sağalan, 3 ölən var</b>

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 68 yeni yoluxma faktı qeydə alınıb, 177 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 525.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 335 264 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 328 876 nəfər müalicə olunaraq sağalıb, 4 958 nəfər vəfat edib, aktiv xəstə sayı 1430 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 316, ötən müddət ərzində isə ümumilikdə 3 637 889 test aparılıb.

 





15.06.2021    çap et  çap et