525.Az

Azərbaycanlı gənclərdən Ukraynaya dəstək (Video)


 

Azərbaycanlı gənclərdən Ukraynaya dəstək <b style="color:red">(Video)</b>

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin hazırladığı “Biz fərqliyik  amma birik” video çarx Ukraynanın aparıcı televiziya kanallarında gəncliyin sədaqət marşı kimi təqdim olunub.

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, Ukrayna Azərbaycanlı Gənclər birliyinin  hazırladığı video çarx Ukraynanın ərazi bütövlüyünun qorunması, dost və qardaş ölkəyə qarşı  həyata keçirilən işğalçılıq siyasətinə son qoyulmasına çağırış notları  üzərində qurulub. 2 dəqiqəlik video müraciətdə Ukraynanın müxtəlif vilayət və şəhərlərində anadan olan   azərbaycanlı gənclər Ukraynanın üzləşdiyi problemlərə biganə qalmadıqlarını,ağır və çətin günlərini yaşayan Ukrayana xalqı ilə həmrəy olduqlarını nümayiş etdiriblər.

Azərbaycan torpaqlarınında işğala məruz qaldığını özündə əks etdirən video çarxda  Azərbaycanlı gənclər Ukraynanın ərazi bütövlüyünün qorunmasını dəstəklədiklərini  vurğulayıblar.

 Video müraciətin  əhəmiyyətini nəzərə alan Ukraynanın birinci  milli televizya kanalı, 5-ci kanal, 1 + 1 televiziya kanalı, tv 24 və bir sıra aparıcı televiziya kanalları video çarxı təkrar təkrar yayımlamaqla Azərbaycanlı gənclərin bu addımını vahid Ukrayna dövlətinə olan sədaqət marşı kimi təqdim ediblər. Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədr müavini İlhamə Allahverdiyevanın müəllifi olduğu video çarx haqqında Ukraynanın bir çox kütləvi informasiya vasitələrində məqalələr dərc olunub. Ukraynanın tanınmış simalarının və bloqqerlərinin video müraciəti sosial şəbəkələrində paylaşması isə  video çarxa  baxışı rekord həddinə çatdırıb.
http://www.5.ua/ukrajina/suspilstvo/item/378177-spilka-azerbaidzhanskoi-molodi-zasudyla-rosiisku-ahresiiu-proty-ukrainy

http://tsn.ua/video/video-novini/molodi-azerbaydzhanci-ukrayini-pidtrimali-akciyu-yedina-krayina.html?type=2



 





04.04.2014    çap et  çap et