525.Az

Milli Qurtuluş və Milli Qürur günü


 

Milli Qurtuluş və Milli Qürur günü<b style="color:red"></b>

Hüseyn İbrahimov
Fəsəfə doktoru, Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı
Rusiya Fəlsəfə Cəmiyyətinin üzvü

 

Milli Qurtuluş günü tarixi gündür. 2021 ci ilin 15 iyun tarixi isə bu silsilədən ölkəmiz üçün ən yeni tariximizin qızıl səhifəsidir. Məhz bu gündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Cümhurbaşkanı cənab Rəcəb Tayyib Ərdoğanın Şuşada rəsmi görüşü Milli Qurtuluşun Milli Qürurla qovuşduğu gündür.

Müasir Azərbaycan  inkişafının yeni tarixi  mərhələsindədir.  Ölkəmizin pandemiya dövrü ugurlu  sosial inkişaf prioritetləri və beynəlxalq münasibətlər strategiyası  məqsədyönlü  və düzgün istiqamətlərə səfərbər olunmuşdur. Bu sıradan Türkiyə Azərbaycan münasibətləri  nəinki bir millət iki dövlətin , eləcə də regionun təhlükəsizliyi üçün vacib əhəmiyyət kəsb edir. Daha geniş mənada bura beynəlxalq təhlükəsizlik amilləri də daxildir. Qonşü Rusiyanın regionda sülhməramlı rolunun  formalşma  prosesi isə, xüsusən cənab V. Putinin  sülhə, yeni əməkdaşlığa çağırışlarının effektiv nəticəliliyi, bu dövlətin  gələcək beynəlxalq sülhməramlı rolu effektiv  yerinə yetirməsi istəyində  adekvat hadisə ola bilər.

Hesab etmək olar ki pandemiya şəraiti kimi ağır bir dünya böhranı dövründə təhlükəsizlik təminatına dialoq axtarışlarının da bazisi məhz Şuşadan başlanır. Belə ideoloji konsepsiyanın nəzəri əsalarını Azərbaycan Respublikası Prezidentinin Multikultural siyasəti konsepsiyası təşkil edir.

Xalqımız  dövlətçilik və milli birliyin qorunmasının, milli kimliyin təhlilinin  yeni tarixi mərhələsinə qədəm qoyur. Ölkə başçısı Cənab İlham Əliyev həyata keçirdiyi xarici siyasət platformalarında, bütün tədbirlərin preambulasını məhz  Qarabağın işğaldan azad edilməsi, işğalçıların ərazilərimizdən qovulması, məcburi köçkünlərin doğma torpaqlara qaytarılması və nəticədə regionda sülhün bərqərar edilməsi prinsipləri üzərində qurmuşdur. Bu gün həmin siyası kursun davamını  təhlükəsiz, sosial-iqtisadi və mədəni-ekoloji  baxımdan əhəmiyyətli inkişaf edəcək  Qarabağa Böyük Qayıdış srategiyası təşkil edir. Məhz bu günkü hadisə-Şuşa görüşü, müasir Azərbaycanın yeni tarixinə Milli Qurtuluşun Milli Qürurla Qovuşduğu gün olaraq daxil olacaqdır.  Bu gün Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşa şəhərində Ölkə başçımızın Türkiyə Cümhurbaşkanı ilə görüşü Mill  Qurtuluşun Milli Qürur  Qovuşduğu tarixi gün olaraq yaşayacaq. Bu baxımdan 15 iyun trixinin də məhz Milli Qurtuluş və Milli Qürur günü olaraq qeyd olunması zərurətdir. Müasir Dövlətçilik  təməl prinsipləri Ulu Öndər Heydər Əliyev ideyaları ilə  möhkəmlənən, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən milli maraqları qoruyaraq modernləşən ölkənin yeni tarixinin Zəfər salnaməsi isə  hər zaman  təhlil olunacaqdir.  Bu baxımdan  formalaşan yeni bazis modeli, yeni platforma, dünyanın və regionun gələcək  təfərrüatlarında çox vacib yer alacaqdır.

 

 





15.06.2021    çap et  çap et