525.Az

Rusiya Ermənistanda hərbi təlimlərə başladı


 

Rusiya Ermənistanda hərbi təlimlərə başladı<b style="color:red"></b>

Rusiyanın Ermənistandakı hərbi bazası hava hücumundan müdafiə təlimləri keçirir.

APA-nın Rusiya Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, «Alagöz» poliqonunda keçirilən təlimdə 250 hərbçi və 50 hava hücumundan müdafiə texnikası iştirak edir.
 
Təlimə ilk dəfə olaraq, ötən il 102-ci bazanın arsenalına daxil edilmiş BUK-M1-2 və S-300V «Antey» zenit-raket kompleksləri də cəlb olunub.
 
Qeyd edək ki, 2013-cü ilin ortalarınadək Rusiya Silahlı Qüvvələrinin Ermənistandakı 102-ci hərbi bazasının hava hücumundan müdafiəsində əsasən ZSU-23-4 "Şilka" zenit pulemyotları, "Strela-1",  "Strela-10", 2К12 "Kub" və S-300 zenit-raket kompleksləri yer alıb.

 





04.04.2014    çap et  çap et