525.Az

Jurnalistlər Füzuli Beynəlxalq Hava Limanında olublar


 

Jurnalistlər Füzuli Beynəlxalq Hava Limanında olublar <b style="color:red"></b>

Bu gün bir qrup jurnalist işğaldan azad olunan Füzuli rayonuna səfər çərçivəsində Füzuli Beynəlxalq Hava Limanında olublar.

525.az APA-ya istinadən xəbər verir ki, media nümayəndələrinə bildirilib ki, Füzuli Beynəlxalq Hava Limanının tikintisinə yanvar ayında başlanıb. Aeroport 3 min metr uzunluğunda, 60 metr enində uçuş-enmə zolağı olacaq. Təyyarələrin enişi iki tərəfdən də təmin olunacaq.

Qeyd olunub ki, sentyabrın 5-də aeroportda ilk sınaq uçuşunun yerinə yetirilməsi gözlənilir. Aerovağzal kompleksi bu ilin sonuna kimi tam istifadəyə verilə bilər.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 14-də Füzuli rayonuna səfər çərçivəsində Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar.

Qeyd edək ki, jurnalistləri Füzuliyə səfəri Medianın İnkişafı Agentliyi, AZAL, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA), “Azərenerji” ASC və "Azərbaycan Melorasiya və Su Təsərrüfatı" ASC-nin təşkilatçılığı ilə keçirilir.

 





16.06.2021    çap et  çap et