525.Az

Məsut Özildən Bakıdakı oyunla bağlı paylaşım


 

Məsut Özildən Bakıdakı oyunla bağlı paylaşım <b style="color:red"></b>

“Fənərbaxça”nın futbolçusu Məsut Özil AVRO-2020-nin qrup mərhələsinin II turunda bu gün Uelslə qarşılaşacaq Türkiyə millisinə dəstək nümayiş etdirib.

525.az xəbər verir ki, Almaniya millisinin sabiq üzvü bu barədə sosial şəbəkədə paylaşım edib.

Ulduz futbolçu “ay-ulduzlular”ın Bakıdakı görüşdə qələbə qazanacağına inandığını vurğulayıb: “Milli komandamıza qardaş ölkə Azərbaycanda Uelsə qarşı uğurlar diləyirəm. Haydi, Türkiyə!”

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək Türkiyə - Uels görüşü saat 20:00-da başlayacaq.

 

 





16.06.2021    çap et  çap et