525.Az

Çox alça və ərik yemək immuniteti zəiflədir


 

Çox alça və ərik yemək immuniteti zəiflədir <b style="color:red"></b>

Aşırı miqdarda alça və ərik yemək faydalılıqdan zərərə keçid alır. Xüsusən alçanı duzla yemək yüksək təzyiq və ödəmə, şişkinliyə səbəb olur.

525.az medicina.az-a istinadən xəbər verir ki, türk diyetoloq həkim Öznur Akgöz yayın ən sevilən meyvələri barədə xəbərdarlıq edib.

Ərik həddən artıq qəbul edildikdə bir çox insanlarda mədə-bağırsaq, ürək, damar xəstəliklərini aktivləşdirə bilər.
“Sodium, kalsium, maqniy, fosfor, lif, C, A vitaminləri ilə zəngin ərik əslində ürək, damar, qaraciyər, immunitet üçün faydalıdır. Amma onu lazım olandan çox yedikdə, eləcə də bəzi xəstələrdə bədəndə mayeni tutub saxlaması səbəbindən ödem yaradır, bu da ürəyi yükləyir.

Alça isə immuniteti zəiflədir. Ərik və alçanın normal miqdarı 10 ədəddir. Bundan çox yemək olmaz. Təzyiq, mədə xəstələri alçanı duzla yeməsinlər.

 





16.06.2021    çap et  çap et