525.Az

UEFA prezidenti Bakıdadır


 

UEFA prezidenti Bakıdadır<b style="color:red"></b>

UEFA-nın prezidenti Aleksander Çeferin Azərbaycana gəlib.

525.az xəbər verir ki, o, bu gün Bakıda keçiriləcək AÇ-2020-nin Türkiyə - Uels oyununu izləyəcək. Görüş Bakı Olimpiya Stadionunda baş tutacaq. A qrupu çərçivəsində keçiriləcək qarşılaşma AÇ-2020-nin ölkəmizdəki ikinci oyunu olacaq. 4 gün öncə Uels və İsveçrə arasında matç 1:1 hesabı ilə başa çatıb.
 
Qeyd edək ki, qarşılaşmaya saat 20:00-da start veriləcək.

 





16.06.2021    çap et  çap et