525.Az

"Ən böyük arzum musiqi ilə qocalmaqdır" - Sosial şəbəkələrdə parlayanlar


 

TEYMUR ZEYNALABDİNOV: "BİZİM SOSİAL MEDİADAN İSTİFADƏ TƏRZİMİZ GƏLƏCƏK NƏSİLLƏRƏ DƏ TƏSİR GÖSTƏRƏCƏK"

"Ən böyük arzum musiqi ilə qocalmaqdır" - <b style="color:red">Sosial şəbəkələrdə parlayanlar</b>

Teymur Zeynalabdinovun ifasını ilk dəfə dinləyəndə onun nə qədər fərqli, özünəməxsus bir tərzi olduğunu hiss etmişdim.

Bir neçə gün əvvəl instaqramda reklam vasitəsilə videosu təkrar qarşıma çıxanda onunla həmsöhbət olmaq qərarına gəldim. İfası qədər daxili dünyasının da fərqli olduğunu hiss etmək çətin olmadı.

Teymur Zeynalabdinovla müsahibəni təqdim edirik. 

***

- Teymur bəy, əvvəlcə bir az özünüz haqda danışın...

- Bakı şəhərində doğulmuşam. 281 nömrəli məktəbdə təhsilimi bitirib Bakı Kompüter kollecinə oxumuşam. Kolleci bitirdikdən sonra isə Odlar Yurdu Universitetində daxil olmuşam. Hazırda həmin universitetin birinci kurs tələbəsiyəm.

- Sosial mediadan istifadəyə ilk dəfə nə vaxt başladınız?

- Sosial şəbəkələrlə ilk tanışlığım 15 yaşımda başladı. Əvvəllər daha çox onlayn oyunlar oynamaq üçün istifadə edirdim. Sonradan bundan daha səmərəli istifadə etməyi öyrəndim.

- Bəs musiqi ilə nə zamandan məşğul olursunuz?

- 8 yaşımda 37 nömrəli uşaq musiqi məktəbinə daxil olmaq üçün imtahan verdim. İmtahanlardan məqbul qiymət aldım və 7 illik piano ixtisası üzrə təhsilə başladım.

- Musiqi istedadınız ailədən gəlir, ya necə?

- Bəli, elə atam da musiqi ilə məşğul olub.

- Sosial şəbəkələrin təqdim etdiyi imkanlardan nə dərəcədə razısınız?

- Sosial şəbəkələrin imkanları əslində, bizim imkanlarımızdan asılıdır. Bizim sosial mediadan istifadə tərzimiz gələcək nəsillərə də təsir göstərəcək. Onu necə və hansı məqsədlə istifadə etməyimizə əsasən bu təsir həm yaxşı, həm də pis olaraq dəyişə bilər.

- İstedadı olmayan şəxslərin sosial şəbəkələrdə məşhurlaşmağı çox vaxt insanlar tərəfindən tənqidə tuş gəlir. Siz nə deyə bilərsiniz, istedadsız şəxslərin fenomen olması nə dərəcədə realdır?

- Məncə, problem istedadı olmayan  insanların fenomen olmasında deyil. Əsas problem cəmiyyətə yanlış örnək ola biləcək, etik və mədəni dəyərlərimizə mənfi təsir göstərəcək şəxslərdir.

- Ən böyük arzunuz nədir?

- Ən böyük arzum musiqi ilə qocalmaqdır.

- Müasir və retro sənətkarlardan kimlərin ifasını dinləyirsiniz?

- Bir çoxunun adını saya bilərəm. Onlardan Yuxu qrupu, Akif İslamzadə, Mirzə Babayev, Şəmistan Əlizamanlı, Flora Kərimova, Cavan Zeynallı, Tünzalə Ağayeva, Faiq Ağayev, Sevda Ələkbərzadə, Azər Zeynalov ən çox dinlədiklərim arasındadır.

- Sizcə, bu gün gənclərin bayağı mahnılara üstünlük verməsinin səbəbi nədir?

- Bu vəziyyətin səbəbi estrada və klassik musiqilərə nisbətən bayağı mahnıların daha çox işıq üzü görməyidir. Nəticədə bayağı mahnılara olan tələbat da artır.

- Kitab oxumaqla aranız necədir?

- Daha çox dedektiv romanları - Ser Arthur Conan Deyl, Den Broun, Aqata Kristi romanlarını sevirəm.

- Özünüz hansı ifanızı daha uğurlu hesab edirsiniz?

- Şəmistan Əlizamanlının "Ağ ümid" mahnısını ifa etmişdim. Məncə, elə ən uğurlusu o olmuşdu.

- Bir qədər də hazırkı fəaliyyətiniz və gələcəkdəki planlarınız barədə danışardınız...

- Hazırda qrafik dizayner və həvəskar musiqiçi olaraq fəaliyyət göstərirəm. Gələcəkdəki planlarım arasında 10-a yaxın musiqi alətində ifa etmək arzusu mühüm yer tutur.

Günel ABBAS

 





16.06.2021    çap et  çap et