525.Az

Ticarət və xidmət sahələrində geyim dəyişmə otaqlarından istifadə qadağan edilib


 

Ticarət və xidmət sahələrində geyim dəyişmə otaqlarından istifadə qadağan edilib<b style="color:red"></b>

Ticarət obyektlərində geyim satışı zamanı dəyişmə otaqlarından istifadə qadağandır.

525.az-ın məlumatına görə, bu, “Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”də əksini tapıb.


Kosmetika və ətriyyat satışı zamanı isə nümunə üçün ayrılmış kosmetik vasitələrin istifadəsi qadağan edilib.

Sənədə əsasən, qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti zamanı isə müştəri tərəfdən əşyaya toxunmazdan əvvəl və sonra əllər dezinfeksiya edilməlidir.

Qeyd edək ki, bu tələblər səhiyyə nazirinin müavini, Respublikanın baş dövlət sanitariya həkiminin 2021-ci il 07 iyun tarixli 01 nömrəli Qərarı ilə təsdiq edilib.

 

 





16.06.2021    çap et  çap et