525.Az

Türkiyə Uelsə uduzur


 

Türkiyə Uelsə uduzur <b style="color:red"></b>

Bu gün Avro-2020-nin qrup mərhələsində 2-ci tura start verilib.

525.az Qol.az-a istinadən xəbər verir ki, 6-cı oyun günündə nəzərdə tutulan 3 matçdan 1-i başa çatıb.

B qrupunda Finlandiya Rusiya ilə üz-üzə gəlib və 0:1 hesabı ilə uduzub. Digər iki matç isə A qrupunda keçiriləcək. Türkiyə yığması Bakıda Uelslə qarşılaşır. Bu, qardaş ölkə komandasının Balıdakı ilk matçıdır. Bakı Olimpiya Stadionu isə turnirdə ikinci matçı qəbul edir.

Günün son oyununda isə İtaliya Romada İsveçrə ilə qarşılaşacaq. İtaliyanlar 1/8 finala ilk vəsiqənin sahibi ola bilər. Bunun üçün Roberto Mançininin komandası qalib gəlməlidir.

6 iyun

A qrupu

20:00. Türkiyə - Uels - 0:1 (İkinci hissə)
Qol: Remzi, 42
Baş hakim: Artur Manuel Ribeyro Soares Dias (Portuqaliya)
Reallaşdırılmayan penalti: Qaret Beyl, 61 (Uels)
Bakı Olimpiya Stadionu

23:00. İtaliya – İsveçrə
Baş hakim: Sergey Karasyov (Rusiya)
Roma. Olimpiya Stadionu


B qrupu

17:00. Finlandiya - Rusiya - 0:1
Qol: Mirançuk, 45+2
Baş hakim: Danni Makkeli (Niderland)
“Sankt-Peterburq” stadionu

 





16.06.2021    çap et  çap et