525.Az

Ərdoğanın Azərbaycana səfəri başa çatıb


 

Ərdoğanın Azərbaycana səfəri başa çatıb <b style="color:red"></b>

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına rəsmi səfəri iyunun 16-da başa çatıb.

525.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.

 





16.06.2021    çap et  çap et