525.Az

Akademik İsmayıl Hacıyev: "Naxçıvan tarixinin öyrənilməsi ilə bağlı vəzifələrimizi uğurla yerinə yetirməyə çalışırıq"


 

Akademik İsmayıl Hacıyev: "Naxçıvan tarixinin öyrənilməsi ilə bağlı vəzifələrimizi uğurla yerinə yetirməyə çalışırıq"<b style="color:red"></b>

Bir neçə ay bundan əvvəl Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi tərəfindən "Naxçıvan tarixi" çoxcildliyinin I cildi işıq üzü gördü. Bu məqsədlə AMEA Naxçıvan Bölməsinin sədri, akademik, millət vəkili İsmayıl Hacıyevlə görüşüb söhbətləşdik.

Akademiyanın Naxçıvanda Bölməsinin yaradılmasında qarşıya qoyulmuş əsas məqsədlərdən biri olan Naxçıvan tarixinin öyrənilməsi, yeni nəşrdə bölgənin tarixinin əhatəli şəkildə tədqiqi araşdırılması zamanı əsas götürülən prinsiplər, çoxcildliyin digər cildləri digər mövzularda suallarımızı cavablandıran akademik İsmayıl Hacıyevlə müsahibəni təqdim edirik.

- İsmayıl müəllim, əvvəlcə "Naxçıvan tarixi" çoxcildliyinin I cildi kimi mükəmməl bir nəşr üçün bütün müəllifləri siz başda olmaqla təbrik edirik. Sözün bütün mənalarında mükəmməl tərtibat çap keyfiyyəti ilə kitabın əlahiddə məlumatlılığı, əhatəliliyi üst-üstə düşür. Naxçıvan tarixinin yeni dövrdə, müstəqillik illərində tam əhatəli heç bir ideoloji basqıya məruz qalmadan, sırf millilik prizmasından yazılması akademik nəşrin dəyərini birə min artırır.

Oxucular üçün maraqlı olacağını düşündüyümüzdən bilmək istərdik, bu cür işə zamandan başlanıldı?

- Xoş sözlərinizə görə minnətdarlığımızı bildiririk.

Bildiyiniz kimi Naxçıvan diyarı qədim tarixə, çoxəsrlik dövlətçilik ənənələrinə dünya sivilizasiya mərkəzlərindən biri olması ilə həmişə diqqəti cəlb etmişdir. Bu ərazi Gəmiqaya, Əshabi-Kəhf kimi nadir tarixi abidələri, Paleolit dövrünə aid Ovçular təpəsi Qazma mağarası kimi ilkin insan məskənləri, mağaralar, qədim yaşayış yerləri şəhərləri, möhtəşəm qalaları, xatirə memarlığının ən mükəmməl nümunələri olan türbələri ilə zəngindir. Naxçıvan ərazisi həm Yaxın Şərqdə meydana çıxan bir çox mədəniyyətlərin, o cümlədən Eneolit, Kür-Araz Boyalı qablar mədəniyyətinin əsas mərkəzlərindən biridir. Dünyada mədən üsulu ilə duz çıxarılan ən qədim yer Naxçıvandadır. Onun tarixi təxminən 7 min ildən artıqdır. Naxçıvanda ilkin şəhər mədəniyyətinin yaranmasının tarixi isə e.ə.III minilliyə gedib çıxır. Son illərdə isə Naxçıvan ərazisində 1200-dən artıq tarix mədəniyyət abidəsi qeydə alınmış pasportlaşdırılmışdır. Gətirilən faktların sayını artırmaq da olar. Lakin bunlar da kifayət edər ki, Naxçıvanın çox qədim diyar, mədəniyyət mərkəzi olmasını söyləyə bilək.

Lakin təəssüflə qeyd etməliyik ki, belə bir zəngin qədim diyarın tarixi lazımi səviyyədə öyrənilməmişdir.

Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə Azərbaycan tarixinin sistemli əhatəli öyrənilməsinə başlanılmış xeyli uğurlar əldə edilmişdi. Naxçıvan tarixi haqqında da bir neçə əhəmiyyətli kitab monoqrafiyalar  yazılmışdı. Lakin bunlar hələ başlanğıc idi.

"Naxçıvan tarixi"nin sistemli öyrənilməsinə 1996- ildən başlanılmışdır.  Həmin ildə Naxçıvanda ilk beynəlxalq simpozium - "Uluslararası qaynaqlarda Naxçıvan" - keçirilmişdir. Bundan sonra Naxçıvan tarixinin öyrənilməsinə həm diqqət artırılmış, həm maraq artmışdır. Ümummilli lider Heydər Əliyevin 7 avqust 2002-ci ildə verdiyi Sərəncamla AMEA Naxçıvan Bölməsinin yaradılması bu işə əsaslı təsir göstərmişdir. Sonrakı illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun sərəncamı ilə "Naxçıvan: tarixi gerçəklik, müasir durum, inkişaf perspektivləri", "Nuh peyğəmbər, Dünya tufanı Naxçıvan", "Naxçıvan: ilk yaşayış şəhərsalma yeri kimi", "Naxçıvan: ilkin şəhər Duzdağ" b. mövzularda beynəlxalq simpoziumlar keçirilmiş, Naxçıvan tarixinin çox əhəmiyyətli problemləri müzakirə obyektlərinə çevrilmişdir. Nəticədə Naxçıvanın tarixinə, arxeologiyasına, etnoqrafiyasına, tarixi-coğrafiyasına, mədəniyyətinə aid ensiklopediyalar, tarixi xəritələr, kitab monoqrafiyalar, elmi məqalələr yazılmış, bəhs olunan məsələlərə aydınlıq gətirilmişdir. Bütün bunlardan sonra "Naxçıvan tarixi" ilə əlaqədar ümumiləşdirici əsərin yazılmasına şərait yaranmışdır.

"Naxçıvan tarixi" çoxcildliyinin hazırlanması nəşr olunması barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 6 avqust 2012-ci il tarixli Sərəncamı olmuşdur. Həmin sərəncamla 2012-2015-ci illərdə üç cilddən ibarət olaraq "Naxçıvan tarixi" hazırlanıb nəşr olunmalıdır. 2012-ci ilin qalan dövründə plan-prospektin hazırlanması, müəlliflərin seçilməsi ilə məşğul olmuş, 2013- ilin əvvəlindən bu işə başlanılmış səkkiz ay ərzində I cildi tamamlayıb nəşriyyata təqdim etmişik. "Əcəmi" Nəşriyyat-Poliqrafiya Mərkəzində yüksək poliqrafik səviyyədə çoxcildliyin I cildi nəşr olunmuşdur.

- Ümummilli lider Heydər Əliyev AMEA Naxçıvan Bölməsinin açılışında iştirak edərkən çıxışında belə bir fikir səsləndirmişdi: "Naxçıvan ulu tarixi keçmişi olan, qədim azərbaycanlıların yaşadığı bir ərazidir. Mən, bu qədim tarixin bütünlüklə öyrəniləcəyinə əsl həqiqətin öz yerini tapacağına tamamilə inanıram". Belə düşünürük ki, bu cür fundamental nəşrin ilk cildi ilə ulu öndərin arzusu bir növ Bölmə əməkdaşlarının qarşısında tapşırıq kimi qoyduğu mühüm bir sahənin - Naxçıvan tarixinin bir bütün olaraq öyrənilməsi-yazılması işinin ilk mərhələsi yerinə yetirilmişdir...

- Naxçıvanda elmin inkişafında, eləcə Naxçıvan tarixinin tədqiqində AMEA Naxçıvan Bölməsinin yaradılmasının müstəsna əhəmiyyəti olmuşdur. Bölmənin yaradılması haqqında Sərəncam verən onun yaradılmasında bilavasitə iştirak edən ümummilli lider Naxçıvan tarixinin, onun abidələrinin öyrənilməsinə xüsusi əhəmiyyət verirdi. Ulu öndər Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılnmasına həsr edilən 12 avqust 2002-ci il tarixli müşavirəsinə sədrlik etmiş, giriş yekun nitqində Bölmənin qarşısında duran vəzifələrdən bəhs etmiş, Naxçıvanın öyrənilməsi ilə bağlı fikirlərini söyləmişdir: "Siz bilirsiniz ki, avqust ayının 7- mən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılması haqqında sərəncam imzalamışam. Bu sərəncamda da bu Bölmənin qarşısında duran vəzifələr haqqında qısa fikirlərimi bildirmişəm.

Mən bununla Naxçıvan Muxtar Respublikasının indiyə qədər çox az öyrənilmiş qədim tarixinin, mədəniyyətinin, elminin, ədəbiyyatının yenidən dərindən araşdırılması onlar haqqında elmi əsərlərin, populyar kitabların, yaxud başqa nəşrlərin hazırlanması məqsədi daşıyıram. Eyni zamanda, Naxçıvanın özünəməxsus təbiəti, təbii sərvətləri, torpağı, təbii abidələri , təəssüf olsun ki, indiyə qədər lazımi dərəcədə öyrənilməyib, bəlkə düz olardı deyim ki, heç öyrənilməyibdir. Bunlara, mənim irəli sürdüyüm məsələlərin öyrənilməsinə böyük ehtiyac var. Ona görə ki, Naxçıvan Azərbaycanın ayrılmaz bir hissəsi olaraq, Azərbaycan xalqının tarixində, ümumiyyətlə, Azərbaycan anlayışında çox böyük yer tutur".

Həmin müşavirədəki giriş nitqində ulu öndər tariximizin öyrənilməsində qarşıda ciddi vəzifələrin dayandığını bildirmiş, qədim, çox zəngin tariximizin araşdırılaraq həm öz xalqımıza, həm dünyaya çatdırılmasının vacibliyini söyləmişdir.

Naxçıvan tarixinin zəif öyrənilməsini ümummilli lider xüsusi vurğulamış, bu sahəyə diqqətin artırılmasının əhəmiyyətini vurğulamışdır: "Naxçıvanın qədim, zəngin tarixi Azərbaycan tarixinin çox parlaq səhifələrindəndir. Əgər Azərbaycanın tarixi haqqında ümumiyyətlə, bir çox işlər görülübsə, Naxçıvanın tarixi haqqında, qədim tarixi haqqında Naxçıvanın bir diyar kimi öyrənilməsi - həm təbiətinin, həm adət-ənənələrinin, etnoqrafiyasının öyrənilməsi barədə çox az görülübdür... Bizim böyük məqsədimiz Naxçıvanın tarixini bütün, hərtərəfli öyrənmək, tədqiq etmək, onları həm elmi kitablarda dərc etmək, həm populyar kitablarda dərc etmək, həm təbliğat materiallarında istifadə etməkdir...". Bir sözlə, ümummilli lider Naxçıvan Bölməsinin, Naxçıvan tarixinin qarşısında duran vəzifələri uzun illər üçün müəyyənləşdirmişdir.

AMEA Naxçıvan Bölməsinin kollektivi, xüsusilə tarixçi alimləri ulu öndərin müəyyənləşdirdiyi vəzifələrin yerinə yetirilməsinə layiq olmağa çalışmışlar. 2003-2013- illərdə Bölmə əməkdaşlarının Naxçıvanın tarixi, arxeologiyası, etnoqrafiyası, mədəniyyəti, görkəmli şəxsiyyətləri, təbii ehtiyatları, biomüxtəlifliyi ilə bağlı 121 monoqrafiyası, 152 kitabı, 6 minə yaxın məqalə tezisi nəşr edilmiş, 38 patent müəllif şəhadətnaməsi əldə edilmiş, 15-ə yaxın beynəlxalq respublika səviyyəli qrand layihələrində qalib gəlmişlər. Bu dövrdə Bölmə əməkdaşlarının yaxından iştirakı ilə "Naxçıvan ensiklopediyası" (2 cilddə), "Naxçıvan abidələri ensiklopediyası" (2 dildə), "Naxçıvan tarixi atlası", "Naxçıvan folklor antologiyası" (3 cilddə), "Naxçıvanın Qırmızı kitabı" (2 cilddə), "Naxçıvanın teatr salnaməsi", "Naxçıvanın təbii ehtiyatları", "Naxçıvan əhalisinin etnogenezisi" b. əhəmiyyətli nəşrlər işıq üzü görmüşdür.

Naxçıvan tarixinin öyrənilməsi ilə bağlı ulu öndərin qarşımıza qoyduğu vəzifələri uğurla yerinə yetirməyə çalışırıq. Naxçıvanın tarixi ilə bağlı maraqlı elmi yeniliklər aşkar edilmiş, xeyli sayda kitab monoqrafiyalar yazılmışdır. Bütün bunlar imkan vermişdir ki, çoxcildlik "Naxçıvan tarixi"nin hazırlanmasına başlayaq.

- 452 səhifəlik kitabla tanış olarkən yeddi fəsildən ibarət olduğunu gördük. Bilmək istərdik ki, çoxcildliyin I cildində Naxçıvan tarixinin hansı dövrləri öz əksini tapıb? Fəsillər üzrə təsnif edə bilərsinizmi?

- "Ərazicə kiçik məzmunca böyük" olan Naxçıvan diyarı dünyanın ən qədim insan məskənlərindən əsas sivilizasiya mərkəzlərindən biri olmuşdur. Üç cilddən ibarət olacaq "Naxçıvan tarixi"nin I cildi ən qədim zamanlardan başlayaraq XVIII əsrin 40- illərinədək, yəni Xanlıqlar dövrünədək olan böyük bir dövrü əhatə edir. Kitabda arxeoloji mənbələr yazılı abidələr əsasında Naxçıvan ərazisində ibtidai insan cəmiyyətinin mərhələləri, mənəvi həyatı, ilkin sinifli cəmiyyətin meydana gəlməsi, Naxçıvanın müxtəlif dövlətlərin tərkibində fəaliyyəti, siyasi, sosial-iqtisadi həyatı, mədəniyyəti, əhalinin işğalçılara qarşı mübarizəsi, etnik tərkibi s. məsələlər geniş şərh olunmuşdur. Kitabda həmçinin Naxçıvanın orta əsrlər tarixinin müxtəlif mərhələləri tədqiq edilmiş, sasanilərin, ərəblərin, səlcuqların, Azərbaycan Atabəylər dövlətinin, monqolların, xarəzmşahların hakimiyyətləri zamanı baş verən siyasi-ictimai, iqtisadi-mənəvi dəyişikliklər şərh edilmişdir. Azərbaycan Səfəvilər dövlətinin fəaliyyəti dövründə Naxçıvanın ictimai-iqtisadi, mədəni həyatı tədqiqata cəlb olunmuşdur.

"Naxçıvan tarixi" Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Tarixi olduğu kimi qəbul etmək olduğu kimi qiymətləndirmək lazımdır" məşhur fikri ilə başlanır. Kitabın əvvəlində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun "Naxçıvan tarixi" çoxcildliyinin hazırlanması nəşr olunması barədə"ki sərəncamı verilmişdir.

Kitabın quruluşuna gəldikdə isə, o girişdən, müəlliflər haqqında məlumatdan, Naxçıvanın təbii-coğrafi şəraitinin izahından, 7 fəsildən, istifadə edilmiş ədəbiyyatdan, ümumi ədəbiyyatdan əlavələrdən ibarətdir. Cildin birinci kitabında aşağıdakı fəsillər yer alıb: "Naxçıvan qədim dövrdə", "Naxçıvan X-XIII əsrin I rübündə", "Naxçıvan XIII-XV əsrlərdə", "Naxçıvan Səfəvilər dövründə". "Naxçıvan e.ə. IX-b.e. II əsrlərində", "Naxçıvan əhalisinin etnogenezi tarixi", "Naxçıvan erkən orta əsrlər dövründə". Kitab qeyd olunan 7 fəsil 54 yarımfəsildən ibarətdir. Əlavələrdə isə xəritələr, illüstrasiyalar, şəkillər epiqrafik nümunələr verilmişdir.

- Birinci cildin müəllifləri haqqında da ətraflı məlumat verməyinizi istərdik. Təbii ki, tədqiqatçı axtarışları, zəhməti işin əsas hissəsini təşkil edir...

- Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yuxarıda adını çəkdiyimiz sərəncamı ilə "Naxçıvan tarixi" çoxcildliyinin hazırlanması Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi Naxçıvan Dövlət Universitetinə tapşırılmışdır. Hər üç cildin hazırlanmasına əsasən bu iki  elm təhsil müəssisələrinin əməkdaşları cəlb olunmuşdur. Lakin muxtar respublikada yaşayıb fəaliyyət göstərən bir neçə tarixçi alim bu işə dəvət olunmuşdur. Bütövlükdə "Naxçıvan tarixi" çoxcildliyinin hazırlanmasında 26 müəllif iştirak edir ki, I cild 15 müəllif tərəfindən yazılmışdır. Bu müəlliflər AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya Arxeologiya İnstitutunun, İncəsənət, Dil Ədəbiyyat İnstitutunun Naxçıvan Dövlət Universitetinin əməkdaşlarıdır. On ildən artıqdır ki, AMEA Naxçıvan Bölməsi fəaliyyət göstərir burada çalışan alimlərimiz ciddi tədqiqat işləri aparırlar.

Kitabın I cildinin müəllifləri sırasında akademik İsa Həbibbəyli İsmayıl Hacıyevin, akademiyanın müxbir üzvləri Qadir Qədirzadə Vəli Baxşəliyevin, elmlər doktoru Fəxrəddin Səfərlinin, fəlsəfə doktorları Firudin Rzayev, Nazim Bababəyli, Yaşar Rəhimov, Elbrus İsayev, Asəf Orucov, Zeynəb Quliyeva, Sara Hacıyeva, Toğrul Xəlilov, İlhami Əliyevin adlarını qeyd edə bilərik. Onların tədqiqatçı axtarışları, işə məsuliyyətli münasibəti zəhməti I cildin vaxtında yüksək səviyyədə hazırlanmasına gətirib çıxarmışdır.

- Artıq I cild nəşr olundu ictimaiyyətin ixtiyarına verildi. Hətta AMEA Naxçıvan Bölməsində kitabın geniş təqdimat mərasimi keçirildi. Nəşr haqqında yüksək elmi fikirlər səslənildi. İsmayıl müəllim, "Naxçıvan tarixi" çoxcildliyinin üç cilddən ibarət olacağını nəzərə alıb bilmək istərdik, növbəti iki cildin hazırlanması nəşri zamana nəzərdə tutulub. Ümumiyyətlə, II III cildlərdə Naxçıvanın hansı tarixi dövrləri öz əksini tapacaq?

- "Naxçıvan tarixi" çoxcildliyi üç ilə nəzərdə tutulub. Birinci cild - 2013- ildə, II cild - 2014- ildə, III cild isə 2015-ci ildə nəşr olunmalıdır. Biz kitabın plan-prospektini hazırlayarkən həm onun vaxtını, həm hər cilddə olacaq tarixi dövrü fəsilləri müəyyənləşdirmişik. İkinci cild beş fəsil əlavələrdən ibarət olacaqdır.

İkinci cild XVIII əsrin ortalarından, yəni Xanlıqlar dövründən başlayacaq İkinci dünya müharibəsinədək olan dövrü əhatə edəcəkdir. Bu cilddə 47 yarımfəsil nəzərdə tutulub. Üçüncü cild İkinci Dünya müharibəsi dövründən başlayaraq günümüzədək Naxçıvan tarixi 43 yarımfəsildə öz əksini tapacaqdır.

- Sonda bir daha bu nəşrin hazırlanmasında əməyi olan hər kəsi təbrik edirik. Düşünürük ki, "Naxçıvan tarixi"nin I cildi ölkəmizin, muxtar respublikamızın müxtəlif kitabxanalarına, elmi-tədqiqat mərkəzlərinə göndəriləcək. Orta ali məktəb dərsliklərimizin yenidən hazırlanmasında "Naxçıvan tarixi" kitabındakı materiallardan istifadə ediləcək...

- Bizdə çap olunan kitab monoqrafiyaları, "Xəbərlər" jurnalını ölkəmizin müxtəlif kitabxanalarına göndəririk. "Naxçıvan tarixi"nin I cildini sonrakı cildlərini həm muxtar respublikanın, həm respublikamızın tanınmış kitabxanalarına göndərəcəyik. "Naxçıvan tarixi" çoxcildliyinin I cildinin yazılmasında son tədqiqat materiallarından, Azərbaycanımızın görkəmli alimlərinin əsərlərindən istifadə edilmişdir. Elə bilirik ki, "Naxçıvan tarixi" kitabında yer alan materiallardan həm tədqiqat işlərində, həm tədris prosesində istifadə edilə bilər.

Elxan YURDOĞLU

Naxçıvan Mətbuat Şurası idarə heyətinin üzvü

 





04.04.2014    çap et  çap et