525.Az

Türkiyə Prezidenti Azərbaycana səfəri ilə bağlı paylaşım edib


 

Türkiyə Prezidenti Azərbaycana səfəri ilə bağlı paylaşım edib<b style="color:red"></b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri ilə bağlı paylaşım edib.

525.az-ın xəbərinə görə, Rəcəb Tayyib Ərdoğan rəsmi “Twitter” hesabında etdiyi paylaşımda bildirib ki, Qarabağ zəfərinin Azərbaycana, Qafqaza və dünyaya gətirəcəyi faydaların dəyəri zaman keçdikcə daha yaxşı başa düşüləcək.

“Çünki bu, dağıntının yox quruculuğun, zülmün yox ədalətin, kobudluğun yox zərifliyin, müharibənin yox sülhün, qanın yox qəlbin zəfəridir”, - deyə Türkiyə Prezidenti qeyd edib.

 

 





17.06.2021    çap et  çap et