525.Az

Rusiya sərhədçilərinin sərhəddə yerləşdirilməsi məsələsi müzakirə olundu


 

Rusiya sərhədçilərinin sərhəddə yerləşdirilməsi məsələsi müzakirə olundu<b style="color:red"></b>

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu və Ermənistanın müdafiə naziri vəzifəsini icra edən Vaqarşak Arutyunyan arasında telefon danışığı olub.

525.az-ın APA-ya istinadən verdiyi məlumata görə, S. Şoyqu və V. Arutyunyan Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə ediblər.

Telefon danışığı zamanı həm də Ermənistan-Azərbaycan sərhədinin Syünik və Qeqarkunsk vilayətlərindəki məntəqələrində Rusiya sərhədçilərinin yerləşdirilməsi məsələsi müzakirə olunub.

 

 





17.06.2021    çap et  çap et