|
|
|
|
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarında istifadə olunması üçün Türkiyədən "MEMATT" tipli 20 ədəd mexaniki minatəmizləmə texnikasının alınması planlaşdırılır.
525.az APA-ya istinadən xəbər verir ki, bunu Mühəndis Qoşunlarının zabiti, polkovnik Ceyhun Bağırov deyib.
Onun sözlərinə görə, bu texnikanın yarısı artıq ölkəyə gətirilib və işğaldan azad olunmuş ərazilərdə mina və partlamamış hərbi sursatlardan təmizlənmə tapşırıqlarını icra edir:
“MEMATT həm sürətli hərəkət etdiyinə görə, həm də insanların təhlükəsiz məsafədə dayanaraq idarə etməsi baxımından effektivdir”.
C. Bağırov ərazilərdə daha çox tank və piyada əleyhinə minalara rast gəlindiyini də bildirib:
“Minalar tapıldıqda yerindəcə məhv edilir”.