525.Az

Yaponiya Rusiyaya etiraz etdi


 

Yaponiya Rusiyaya etiraz etdi<b style="color:red"></b>

Yaponiya Xarici İşlər Nazirliyi yaxın vaxtlarda İturup adasında keçirilməsi planlaşdırılan təlimlərə görə Rusiyaya etirazını bildirib.

525.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Yaponiya XİN-in rəsmi nümayəndəsi Tomoyuki Yoşida jurnalistlərə açıqlamasında bildirib.

“Təlimlər Rusiyanın şimal torpaqlarında möhkəmlənməsi ilə əlaqədardır və bu, qətiyyən yolverilməzdir”, - deyə XİN-in rəsmisi bildirib.

Agentliyin yaydığı məlumatda o da qeyd olunur ki, Yaponiya İturup adasında keçiriləcək aviasiya təlimləri barədə məlumatı ABŞ-dan alıb.

Qeyd edək ki, Yaponiya və Rusiya İkinci Dünya müharibəsindən sonra tərəflər arasında hələ də imzalanmayan sülh müqaviləsi ilə bağlı danışıqları davam etdirir. Müqavilənin imzalanmasına maneə yaradan əsas məqam kimi Kuril adalarının cənubunda yerləşən adalar qrupunun kimə məxsus olması göstərilir. Müharibə başa çatdıqdan sonra həmin adalar keçmiş Sovet İttifaqının əraziləri elan edilsə də, Yaponiya İturup, Kunaşir, Şikotan və bu qrupa daxil olan digər kiçik adaları öz ərazisi hesab edir.

 





17.06.2021    çap et  çap et