525.Az

Tütündən imtina üzrə “Qaynar xətt” fəaliyyət göstərir


 

Tütündən imtina üzrə “Qaynar xətt” fəaliyyət göstərir<b style="color:red"></b>

Ölkəmizdə tütündən imtina etmək istəyənlərə dəstək olmaq məqsədilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən “Qaynar xətt” fəaliyyətə başlayıb.

Mərkəzin mətbuat xidmətindən 525.az-a bildiriblər ki, tütündən asılılığı olan və tütünçəkmədən imtina etmək istəyənlər “Qaynar xətt”ə zəng edərək, peşəkar tibbi-psixoloji məsləhətlər ala bilərlər.

Tütündən imtina üzrə “Qaynar xətt”ə (+994 050) 800 70 45) müraciət edənlərin anonimliyi qorunur, onlara dair şəxsi məlumatlar heç bir halda paylaşılmır. Hər bir müraciətə fərdi yanaşılır, suallar cavablandırılır və tütündən imtina etmək istəyən hər kəsə lazımi psixoloji-tibbi tövsiyə verilir.

Eyni zamanda xatırladılır ki, Ümumdünya Səhiyyə Təşkilatının ölkəmizdəki ofisinin dəstəyi ilə İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən 2018-ci ildə əhalinin istifadəsi üçün “Tütündən imtina et” mobil aplikasiyası hazırlanaraq istifadəyə verilib. Mobil əlavəni işə salan zaman gün ərzində çəkilən siqaretlərin orta sayı, onların qiyməti kimi müəyyən məlumatlar daxil edilir. Proqram öz növbəsində tütünçəkmədən imtina müddətini, qənaət edilən vaxtı və vəsaiti göstərir. Burada nikotindən asılılıq testi, tütünçəkmənin zərərləri haqqında məlumat, bununla əlaqəli yanlış düşüncələr və digər faydalı məlumatlar da var.

Bu sahədə faydalı resurslarla və yeni məlumatlarla www.isim.az saytı və www.tobaccocontrol.az internet səhifəsi vasitəsilə daha ətraflı tanış olmaq mümkündür.

 





17.06.2021    çap et  çap et