525.Az

İmtahan rəhbəri Çilov adasına helikopterlə aparılıb


 

İmtahan rəhbəri Çilov adasına helikopterlə aparılıb<b style="color:red"></b>

Bu gün Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, eşitmə pozulmaları və danışma əngəlli şagirdlər üçün xüsusi məktəblər, Bakıda və Şəmkirdə yerləşən tədrisi ingilis, fransız, gürcü dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə şagirdləri üçün də buraxılış imtahanı veriblər.

Dövlət İmtahan Mərkəzindən 525.az-a verilən məlumata görə, Çilov adasında yerləşən məktəbə imtahan rəhbəri və materialların daşınması Azneft İstehsalat Birliyinin helokopteri vasitəsilə həyata keçirilib.

 

 





17.06.2021    çap et  çap et