525.Az

“Bitik.az ” saytı istifadəyə verilib


 

“Bitik.az ” saytı istifadəyə verilib<b style="color:red"></b>

15 iyun 2021 – ci il tarixindən etibarən “Yazarlar”  jurnalının yeni layihəsi olan müstəqil olaraq fəaliyyət göstərəcək kitabların mərkəzləşdirilmiş qaydada, ən ucuz xidməthaqqı müqabilində satışını həyata keçirəcək “BİTİK.AZ” saytı fəaliyyətə başlayıb.

525.az xəbər verir ki, “Yazarlar”  jurnalı belə bir müstəqil satış platformasını yaratmaqda aşağıdakı məqsədlərə çatmağı hədəfləyir:

- “Yazarlar”  və “Xəzan”  jurnallarının istənilən nömrəsinin sifarişlə sabit, eyni zamanda stabil qaydada yazarlarımıza və oxucularımıza əlçatanlığını  təmin etmək,

- Yazarlarımızın, elm adamlarımızın, araşdırmaçıların, ayrı-ayrı memuarlar yazan şəxslərin min bir əziyyətlə ərsəyə gətirdikləri kitabların satışında rastlaşdıqları çətinlikləri (çətinlik əsasən müraciət etməli konkret bir ünvanın olmamasıdır – onların artıq “bitik.az” timsalında  müraciət edəcəkləri  belə bir ünvan var ) aradan qaldırmaq,

- Və ən əsası kitab və jurnaların oxuculara sifarişlə Bakı şəhərində (ölkə daxilində və xaricində poçt xidməti vasitəsi ilə) çatdırılmasını təmin etmək.

Dəyərli kitab müəllifləri və nəşriyyat əməkdaşları siz də həm saytı ziyarət etməklə, həm də aşağıdakı əlaqə vasitələrindən istifadə etməklə satışını təşkil etmək istədiyiniz çap məhsulları barədə bizimlə sövdələşmələr edə bilərsiniz:

Mob (WhatsApp): 070-390-39-93
Mob: 070-500-63-36 WhatsApp: 070-356-71-26


 

 





18.06.2021    çap et  çap et