525.Az

Britaniyada son sutkada koronavirusdan 19 nəfər həyatını itirib


 

Britaniyada son sutkada koronavirusdan 19 nəfər həyatını itirib<b style="color:red"></b>

Böyük Britaniyada son sutka ərzində 11007 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 600 623 nəfərə çatıb.

525.az-ın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.


Son sutka ərzində 19 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 127 945 nəfərə çatıb.

 

 





17.06.2021    çap et  çap et