525.Az

Bakıda Gülüstan sarayının yaxınlığında baş verən yanğın söndürülüb


 

Bakıda Gülüstan sarayının yaxınlığında baş verən yanğın söndürülüb <b style="color:red"></b>

Bu gün Bakıda axşam saatlarında Gülüstan Sarayının yaxınlığında, Teymur Elçin küçəsində otlaq ərazidə yanğın baş verib.

525.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) 2 yanğınsöndürən texnikası hadisə yerinə cəlb edilib.FHN-in Səbail Rayon Dövlət Yanğından Mühafizə xidmətinin əməkdaşları APA-nın hadisə yerində olan müxbirinə bildirib ki, ilkin məlumata görə, əraziyə siqaret kötüyü atılıb və bu, yanğına səbəb olub.


Yanğın nazirliyin yanğından mühafizə bölmələri tərəfindən tam söndürülüb.

Ətrafda olan heç bir ağac yanğın zamanı zərər görməyib.

 





17.06.2021    çap et  çap et