Ağdaş rayonunda bir neçə nəfərin ölməsi və xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
APA-nın məlumatına görə, hadisə bu gün saat 17:00 radələrində Bakı-Qazax yolunun Ağdaşın Əmrarx kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumatda bildirilir ki, 24-BE-244 və 60-BM-344 dövlət nömrə nişanlı iki yük avtomobili və 90-XZ-697 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik maşını toqquşub.
Hadisə nəticəsində minik maşınının sürücüsü və iki sərnişini dünyasını dəyişib.
Yaralıların da olduğu bildirilir.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
çap et